Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyası bu gün də davam edib

27 oktyabr 2024 | 21:47
   Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da qeyd edilən Sərəncama uyğun olaraq silsilə tədbirlər davam etməkdədir. Belə ki, oktyabrın 27-də “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun 91,93 və 100-cü km-liyinin, Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunun 1 və 3-cü km-liyinin, o cümlədən M-6 94 km İmişliyə giriş avtomobil yolunun 4-cü km-liyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib. Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 2000-dən artıq müxtəlif növ ağac əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
   Qeyd edək ki, bu günədək İmişli rayonunda magistral yolların kənarında 11000-dən artıq müxtəlif növ ağac tingləri və dekorativ kol bitkiləri əkilib.
Keçidlər