İmişlidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir
26 oktyabr 2024 | 19:33
Oktyabrın 26-da “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun 93 və 95-ci km-liyinin, o cümlədən Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunun 3-cü km-liyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib. Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, MKTİB-nin əməkdaşları və rayon sakinləri fəal iştirak ediblər. Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 2000-dən artıq müxtəlif növ ağac əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, rayon ərazisində bu kimi aksiyalar mütəmadi olaraq davam edəcək.