Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 25.10.2024-cü il tarixində növbəti ağacəkmə aksiyası keçirilib

25 oktyabr 2024 | 18:06
  Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncama uyğun olaraq bütün respublikada olduğu kimi İmişli rayonunda da silsilə tədbirlər həyata keçirilir. Belə ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı təsdiq olunmuş "Tədbirlər Planı"na uyğun olaraq şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, MKTİB-nin əməkdaşları və rayon sakinlərinin iştirakı ilə oktyabrın 25-də M-6 94 km İmişliyə giriş avtomobil yolunun 4-cü km-liyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib. Həyata keçirilən aksiya zamanı ərazidə 2000-dən artıq göyrüş ağacı əkilib, yeni əkilən tinglər suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib
  Keçirilən ağacəkmə aksiyalarının məqsədi ərazidə ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamına töhfə verməkdir.
Keçidlər