Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 21.10.2024-cü il tarixində növbəti ağacəkmə aksiyası keçirilib

21 oktyabr 2024 | 20:08
   Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İmişli rayonunda silsilə tədbirlər davam etdirilir. Belə ki, İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi "Tədbirlər Planı"na uyğun olaraq oktyabrın 21-də Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun 110-cu km-liyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, MKTİB-nin əməkdaşları və rayon sakinləri iştirak ediblər. Həyata keçirilən aksiya zamanı avtomobil yolunun kənarında 600-ə yaxın şam ağacı əkilib, yeni əkilən tinglər suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.
    Məlumat üçün bildiririk ki, son illər ərzində İmişli rayonu ərazisində ətraf mühitin mühafizəsi və yaşıl zonaların bərpası, eləcə də genişləndirilməsi məqsədilə hər il minlərlə müxtəlif növ ağaclar əkilir.
 
 
Keçidlər