Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 18-19.10.2024-cü il tarixlərində növbəti ağacəkmə aksiyası keçirilib

20 oktyabr 2024 | 16:10
   İmişli rayonunda Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi "Tədbirlər Planı"na uyğun olaraq oktyabrın 18-i və 19-da Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunun 5-ci km-liyinin kənarında ağacəkmə aksiyası keçirilib. İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, MKTİB-nin əməkdaşları və rayon sakinləri iştirak ediblər. Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
   Həyata keçirilən aksiya zamanı ərazidə 400-ə yaxın şam ağacı əkilib, yeni əkilən tinglər suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Qeyd edək ki, rayon ərazisində bu kimi aksiyalar mütəmadi olaraq davam edəcək.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər