Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 13.03.2024-cü il tarixində növbəti ağacəkmə aksiyası keçirilib

13 mart 2024 | 18:10
  İmişli rayonunda Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Meşə Təsərrüfat mərkəzinin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin birgə təşkilatçılığı ilə martın 13-də İmişli-Qaradonlu avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, 9 saylı Regional Meşə Təsərrüfat mərkəzinin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları, həmçinin rayon ictimaiyyəti iştirak ediblər.
  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların artırılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ümumilikdə 450 ağac əkilib. Yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
Keçidlər