Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

20 avqust 2022 | 11:02

  Havaların isti və quraq keçməsi ilə əlaqədar respublikanın bəzi ərazilərində baş vermiş yanğınlar əsas götürülərək İmişli rayonunun ərazisində mövcud olan meşə zolağı və digər ərazilərdə yanğın təhlükəsizliyinin qarşısının alınması məqsədilə aidiyyəti qurumların iştırakı ilə 19.08.2022-ci il tarixində tədbir keçirilmişdir. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyası, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin, FHN-nin Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin və Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak ediblər. Tədbirdə yanğın hallarının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac olduğu vurğulanaraq sözügedən məsələdən insanların zərər görməməsi üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi danışılıb. İştirakçılara yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı lazımi tövsiyələr verilib.

Keçidlər