Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yağan qarla bağlı operativ tədbirlər həyata keçirilir

21 fevral 2025 | 11:04

   İmişli rayonuna cari ildə ilk qarın yağması ilə rayon ağ örpəyə bürünüb, təbiət gözəl bir mənzərə alıb. Ötən gün axşam saatlarından başlayan intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyəti və rayonun kommunal strukturu gücləndirilmiş iş rejimində çalışırlar. Gecə və səhər saatlarında xidmətin texnikaları tərəfindən maili yerlər, sürüşmə ehtimalı olan küçələrdə təmizlik işləri həyata keçirilib. Bugün səhər saatlarından kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən İmişli şəhərinin müxtəlif ərazilərindəki piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin qarşısının təmizlənməsi işləri davam etdirilir. Həmçinin İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əhalinin, eyni zamanda nəqliyyat vasitələrinin rahat gediş-gəlişinə müvafiq köməkliklər edilir. Bu çərçivədə xüsusilə yaşlı və hərəkət etməkdə çətinlik çəkən şəxslər, həmçinin məktəblilər üçün əlavə təhlükəsizlik tədbirləri görülür.

Keçidlər