İmişlidə Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub
26 fevral 2023 | 12:46
Fevralın 26-da Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının rəhbərləri tərəfindən İmişli rayonunun Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə, “Şəhidlər Kompleksi”nin önünə qərənfillər düzülüb, Xocalı soyqırımı qurbanlarının və şəhidlərinin ruhlarına dualar oxunulub. Sonra İmişli rayonunun Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Tədbir başlamamışdan öncə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Xocalı soyqırımının anım gününün Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrildiyini qeyd ediblər, bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının qisasın alındığını və xalqımızın XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini artıq 3-cü ildir ki, qalib ölkə, qalib xalq kimi ziyarət etdiyini bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!