Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə xəstə şam ağacları xüsusi məhlullarla yuyulub

07 iyun 2024 | 11:38
     Artıq bir müddətdir ki, İmişli rayonunun bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bəzi növlərinin quruması baş verir. Dövlət qurumlarını, ictimaiyyəti və rayon sakinlərimizi ciddi narahat edən məsələ ilə bağlı sözügedən xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısınını alınması üçün müvafiq tədbirlər görülməkdədir. Belə ki, “Yaşıl dünya naminə həmrəyliy ili” çərçivəsində İmişli şəhərinin H.Əliyev adına istirahət parkında şam ağaclarının çox olduğu ərazilərdə İmişli Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən ağaclar xüsusi məhlullarla yuyulurlar. Eyni zamanda ərazidəki digər yaşıllıqlara da müvafiq qulluq göstərilib.
     Əlavə olaraq bildiririk ki, bir müddət əvvəl həmin ərazidə artıq müalicəsi mümkün olmayan və ətrafdakı ağaclar üçün təhlükə yaradan qurumuş ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin müvafiq rəyi əsasında kəsilərək utilizasiya edilib.
Keçidlər