Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

10 sentyabr 2025 | 17:26
  Bu gün İmişli rayonunda görkəmli ədib, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə rayonun Mədəniyyət Mərkəzində “Şeirə və Vətənə Həsr Olunmuş Ömür” adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
  Tədbiri giriş sözü ilə açan icra başçısı Ulu Öndər Heydər Əliyevin ziyalılara, ədəbiyyata və poeziyaya verdiyi dəyərin bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, dövlət başçısının Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq İmişlidə müxtəlif tədbirlər təşkil olunur. Vurğulayıb ki, böyük söz ustadı Bəxtiyar Vahabzadə milli-mənəvi dəyərlərin qorunması və yaşadılması naminə yaratdığı əsərləri ilə Azərbaycan ədəbiyyatına əvəzsiz töhfələr verib. O həmçinin qeyd edib ki, Vahabzadə bir alim kimi də Azərbaycan elminin inkişafına mühüm xidmətlər göstərib və onun əsərləri ictimaiyyət tərəfindən daim maraqla qarşılanıb. Digər çıxış edənlər qeyd ediblər ki, Xalq şairi Bəxtiyar Vahabzadə müasir Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərib. Onun mübariz qələmi daim saf məslək və əqidəsinə xidmət edib. Şairin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qüdrətli söz ustalarından biri kimi tanındığını və əsərlərinin Azərbaycanda, Türkiyədə, eləcə də digər türkdilli ölkələrdə sevə-sevə oxunduğunu bildiriblər.
   Tədbirin bədii hissəsində mədəniyyət və incəsənət ustaları Xalq şairi Bəxtiyar Vahabzadənin şeirlərini və onun sözlərinə bəstələnmiş mahnıları ifa edib, ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri nümayiş etdiriblər.Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
 
 
 
 
 
 
 
 
Keçidlər