Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar qəbul Muradalılı kəndində keçirilib

24 yanvar 2023 | 18:41

     24 yanvar tarixində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Muradalılı, Otuziki və Nurulu kənd sakinləri ilə görüş keçirib. Görüşdə icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.

    Qəbuldan öncə icra başçısı prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticələrini sadalayaraq əldə olunan uğurların xalqımızın xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib. İcra başçısı tərəfindən sakinlərin çoxsaylı sualları və müraciətləri cavablandırılıb, bəzi məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlər, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunması ilə bağlı tapşırıqlar verilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb və əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.    

Keçidlər