İmişlidə Vətən müharibəsi veteranı Ramazan Məmiyevin yas mərasimi keçirilib
31 yanvar 2026 | 12:48
Yanvarın 31-də İmişli rayonunun Aranlı kənd sakini, Vətən müharibəsi veteranı Məmiyev Ramazan Rafiq oğlunun yas mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, RİH-in məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı iştirakçılar qəhrəman döyüşçünün vəfatından dərin kədər hissi keçirdiklərini bildirərək, ailəsinə dərin hüznlə başsağlığı veriblər. Eyni zamanda, veteranın ailə üzvlərinin qayğı və ehtiyacları ilə yaxından maraqlanılıb. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.






