İmişlidə Vətən müharibəsi şəhidlərinin ildönümü qeyd olunub
Ötən gün Vətən müharibəsi döyüşlərində şəhid olan İmişli rayonunun Xəlfəli kənd sakini Vəliyev Tural İlham oğlunun və əslən Füzuli rayonunun Qacar kəndindən olan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış Əhmədzadə Elməddin Uğur oğlunun ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.