Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimlərində əziz xatirələri ehtiramla yad olunub

23 oktyabr 2022 | 13:12

     Şanlı tarixi Qələbəmizdən 2 il keçməsinə baxmayaraq Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Ölkə prezidentinin “Qarabağ Azərbaycandır!” fikrini əldə rəhbər tutan igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə yeni salnamə yazdılar. Bütün dünyaya isə Azərbaycan dövlətinin və Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdilər. Cabbarov Şöhtət Əli oğlu, Bəşirov Hakim Nizam oğlu da Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdandır. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq şəhidlik zirvəsinə ucalmış Şöhrət və Hakim kimi oğullarımızın sayəsində bu gün xalqımız qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır. Bu gün qəhrəman şəhidlərimizin şəhadətlərindən 2 il ötür. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, icra aparatının məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri qəhrəman şəhidlərimizin ildönümlərində əziz xatirələrini dərin ehtiramla yad ediblər, ailələrinə səbir diləyiblər. İcra başçısı şəhidlərimizin yad edilməyinin hər kəsin vəzifə borcu olduğunu söyləyib və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Şöhrət və Hakim kimi qəhrəman şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu dilə gətirib.
     Şəhid ailələrinə göstərilən qayğıya görə razılıqlarını bildirən şəhidlərimizin ailə üzvləri prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər