Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidlərinin 4-cü ildönümü qeyd olunub

27 sentyabr 2024 | 15:13

   Sentyabrın 27-də Vətən müharibəsi döyüşlərində şəhid olan İmişli rayonunun Xəlfəli kənd sakini Vəliyev Tural İlham oğlunun və əslən Füzuli rayonunun Qacar kəndindən olan, rayonun Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış Əhmədzadə Elməddin Uğur oğlunun 4-cü ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümü mərasimlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ilə yanaşı millət vəkili Səyyad Salahlı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, həmçinin şəhid ailələrinin qayğıları ilə maraqlanıb. Şəhidlərimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər