Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidlərinin 3-cü ildönümlərində xatirələri anılıb

26 noyabr 2023 | 17:40
   Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmalarının üçüncü ildönümləri ilə əlaqədar İmişli şəhərindən olan Cəfər Osman Elsəvər oğlunun və İsmayılov Elçin Mikayıl oğlunun ailələrinin yaşadıqları ünvanlarda bu gün ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümü mərasimlərində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Mərasimlərdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb. Şəhidlərin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edərək prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
   Allah rəhmət eləsin!
Keçidlər