Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidləri Vüqar Nuriyevin və Neymət Həsənovun 3-cü ildönümləri qeyd olunub

02 noyabr 2023 | 16:58
   Noyabrın 2-də şanlı qələbəmizin qazanılmasında payı olan, döyüş meydanında vuruşaraq şəhidlik zirvəsinə ucalan Nuriyev Vüqar Hafis oğlunun və Həsənov Neymət Emin oğlunun üçüncü ildönümü mərasimləri şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda keçirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənilib. İcra başçısı 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin xalqımızın yaddaşına qızıl hərflərlə yazıldığını bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitlərinin, igid oğullarımızın bu haqq savaşında qələbə qazanaraq döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazdıqlarını diqqətə çatdırıb. Şəhidlərimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.
   Allah rəhmət eləsin!
Keçidlər