Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidləri Əmral Xəmmədovun, Xalid Kamranlının və Nurlan Hüseynovun 4-cü ildönümləri qeyd olunub

15 oktyabr 2024 | 19:07
   Oktyabrın 15-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarımız, İmişli rayonunun Çaxırlı kəndindən olan Xəmmədov Əmral Zaur oğlunun, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan Kamranlı Xalid Kazım oğlunun və İmişli rayonunun Göbəktala kəndindən olan Hüseynov Nurlan Madər oğlunun şəhidlik zirvəsinə ucaldıqları gündən 4 il keçir. Bu münasibətlə şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda ildönümü mərasimləri keçirilib. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Anım mərasimlərində Vətən müharibəsindən söz açan iştirakçılar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs ediblər. Həmçinin şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub, ailə üzvlərinə başsağlığı verilib, Allahdan onlara səbir dilənilib.
    Allah rəhmət eləsin!
Keçidlər