Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidləri Elgün Quliyevin və Amil Səfərlinin ildönümləri qeyd olunub

06 noyabr 2022 | 16:28
  Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsində Şanlı Tarixin yazılmasında qəhrəman oğullarımız canlarını, qanlarını, arzularını Vətən üçün fəda etdilər. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan olan Quliyev Elgün Fuad oğlunun və Səfərli Amil Nizami oğlunun əziz xatirələri şəhidlik zirvəsinə ucalmalarının ikinci ildönümlərində anılıb. Şəhidlərimizin ildönümü mərasimlərində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
  İcra başçısı şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. İllər ötsə də şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənildiyini vurğulayıb. Bu gün ölkəmizin hər yerində şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Şəhidlər Xiyabanının bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrildiyini söyləyib. Şəhidlərimizin ailə üzvləri övladlarının xatirələrinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Keçidlər