Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidləri Anar Cavadzadənin və Vüsal Şahmarlının əziz xatirələri anılıb

18 oktyabr 2024 | 16:23
   Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan İmişli şəhərindən olan Cavadzadə Anar Tahir oğlunun və İmişli rayonunun Sarıxanlı kəndindən olan, Şahmarlı Vüsal Mərdan oğlunun oktyabrın 18-də 4-cü ildönümü mərasimləri qeyd olunub. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Qəhrəman şəhidlərimizin ildönümlərində əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
   Şəhid ailələri ilə səmimi söhbət zamanı bildirilib ki, cəmi 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirələrinin hər zaman əziz tutulacağı və unudulmayacağı vurğulanılıb. Həmçinin şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanılıb, yaxınlarına dərin hüznlə başsağlığı verilib. Şəhidlərimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
    Allah rəhmət eləsin!
Keçidlər