Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Şöhrət Cabbarovun 3-cü ildönümü qeyd olunub

23 oktyabr 2023 | 16:54
   Oktyabrın 23-ü Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri, İmişli rayonunun Ölcələr kəndindən olan Cabbarov Şöhrət Əli oğlunun şəhadətindən 3 il ötür. Bu münasibətlə şəhidimizin ailəsinin yaşadığı ata ocağında ildönümü mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı 44 günlük Vətən müharibəsindən söz açan icra başçsısı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbədən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs edib. Həmçinin şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, valideynlərinə dərin hüznlə başsağlığı verilib. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
 
   Allah rəhmət eləsin!
Keçidlər