Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Rəcəb İsmayılovun 5-ci ildönümü qeyd olunub

03 fevral 2026 | 12:50
    Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri, İmişli rayonunun Əliqulular kəndindən olan İsmayılov Rəcəb Nəcəf oğlunun beşinci ildönümü mərasimi qeyd olunub. Şəhidimizin ildönümü mərasimində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənilib. Qeyd edilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və illər keçsə də qəhrəmanlarımız unudulmayacaq. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
    Allah rəhmət eləsin!
Keçidlər