Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Rəcəb İsmayılovun 4-cü ildönümü qeyd olunub

03 fevral 2025 | 12:46
   Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də İmişli rayonunun Əliqulular kəndindən olan İsmayılov Rəcəb Nəcəf oğlunun növbəti ildönümü mərasimi qeyd olunub. Şəhidimizin ildönümü mərasimində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənilib. Qeyd edilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və illər keçsə də qəhrəmanlarımız unudulmayacaq. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
   Allah rəhmət eləsin!
Keçidlər