İmişlidə Vətən müharibəsi şəhidi Rəcəb İsmayılovun 3-cü ildönümü qeyd olunub
03 fevral 2024 | 17:42
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də İmişli rayonunun Əliqulular kəndindən olan İsmayılov Rəcəb Nəcəf oğlunun növbəti ildönümü mərasimi qeyd olunub. Şəhidimizin ildönümü mərasimində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbədən, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs edib. Həmçinin şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, valideynlərinə dərin hüznlə başsağlığı verilib. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!