Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Nemət Cavadlının doğum günündə xatirəsi anılıb

03 iyun 2026 | 19:04
 
         İyunun 3-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Nemət Cavadlının doğum günü münasibətilə xatirəsi ailəsinin yaşadığı ünvanda ehtiramla anılıb.
         Anım mərasimində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
         Tədbir zamanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. Bildirilib ki, xalqımız şəhidlərimizin müqəddəs xatirəsini daim uca tutur, onların göstərdiyi qəhrəmanlıq nümunələri gənc nəsillər üçün vətənpərvərlik məktəbi kimi böyük əhəmiyyət daşıyır.
         Qeyd olunub ki, şəhidlərimizin əziz xatirələrinin yaşadılması və gələcək nəsillərə çatdırılması əsas mənəvi borclarımızdan biridir. Bu məqsədlə şəhid Nemət Cavadlının xatirəsinin əbədiləşdirilməsi üçün ailəsinin yaşadığı küçəyə onun adı verilmişdir.
         Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
          Allah rəhmət eləsin!
Keçidlər