Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Elçin Quliyevin xatirəsi anılıb

10 oktyabr 2024 | 16:28
   Oktyabrın 10-da Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, İmişli rayonunun Məzrəli kəndindən olan Quliyev Elçin Etibar oğlunun 4-cü ildönümü mərasimi qeyd olunub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Mərasim zamanı çıxış edən icra başçsısı şəhidimizin ailə üzvlərinə başsağlığı verib, Allahdan onlara səbir diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Həmçinin şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, əziz xatirəsi böyük ehtiramla yad edilib, xatirəsinin qəlblərdə əbədi yaşayacağı qeyd olunub.
     Allah rəhmət eləsin!
Keçidlər