Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Cahid Əsədlinin 4-cü ildönümü qeyd olunub

21 oktyabr 2024 | 20:05
   Oktyabrın 21-də Vətən müharibəsində şəhid olmuş Əsədli Cahid Zahid oğlunun şəhadətə yüksəlməsinin 4-cü ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində mərasim keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.
   Mərasim iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıblar. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışan iştirakçılar illər keçsə də Cahid kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıblar. Zahid Əsədli şəhid atası kimi oğlunun xatirəsinin daim yad olunmasını Cahidin simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib, hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılığını ifadə edib.
   Allah rəhmət eləsin!
Keçidlər