Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Allahverdi Tağıyevin 3-cü ildönümü qeyd olunub

27 oktyabr 2023 | 12:41
Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlu Tağıyev Allahverdi Əkbər oğlunun 3-cü ildönümü mərasimi ailə üzvlərinin yaşadığı İmişli şəhərində qeyd olunub. Mərasimdə İmişli RİH başçısının birinci müavini Mirzə Quliyev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənilib. Qeyd edilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və illər keçsə də qəhrəmanlarımız unudulmayacaq. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
 
  Allah rəhmət eləsin!
Keçidlər