Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ümumtəhsil müəssisələrini bitirən məzunlar üçün “Son zəng” tədbirləri keçirilib

14 iyun 2024 | 16:33
    İyunun 14-də İmişli rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrini bitirən məzunlar üçün “Son zəng” tədbirləri təşkil olunub. Tədbirlərdə İmişli Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin məsul əməkdaşları, məktəb rəhbərlikləri, məzunlar və valideynlər iştirak ediblər. “Son zəng” tədbirləri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar. Həmçinin məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər. Son zəng tədbirləri şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Sonda “Son zəng” çalınıb.
 
 
 
 
 
 
 
 
 
Keçidlər