Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

10 may 2025 | 10:41
    Ötən gün İmişli rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib. Konsertdə İmişli RİH-nin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və çoxsaylı sakinlər iştirak ediblər.
   Çıxış edənlər müasir və müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, dövlət quruculuğu istiqamətində atdığı mühüm addımlardan, ölkəmizin inkişafında və milli dəyərlərin qorunmasında əvəzsiz rolundan danışıblar. Bildirilib ki, onun dahi irsi bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizin daha da güclənməsinə xidmət edir.
    Daha sonra tədbir geniş və maraqlı konsert proqramı ilə davam edib. Konsertdə tanınmış incəsənət ustaları tərəfindən Ümummilli Lider Heydər Əliyevə və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvər ruhlu musiqi nömrələri ifa olunub, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bayram ovqatı bəxş edən bu bədii tədbir rayon sakinlərində yüksək ruh və vətənpərvərlik hissi yaradıb.
 
 
 
 
Keçidlər