Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa baş tutub

03 may 2024 | 10:00
  Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, İmişli Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunub. Dəyirmi masa iştirakçıları öncə Heydər Əliyev Mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
  Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən danışıb və “Heydər Əliyev və Azərbaycanda Dövlət Gənclər Siyasəti” mövzusunda çıxış ediblər. Dəyirmi masa ətrafında davam edən toplantıda digər iştirakçılar da çıxış edərək, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, onun gənc nəslə olan diqqət və qayğısından, müstəqilliyin qorunub saxlanılması istiqamətindəki əvəzsiz xidmətlərindən danışıblar.
Keçidlər