Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilib

03 mart 2025 | 09:38

     Ötən həftə İmişlidə “Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin rəhbər şəxsləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların mülki müdafiə işinə məsul əməkdaşları, təhsil müəssisələrinin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Ümumdünya Mülki Müdafiə Gününün tarixinə qısa ekskurs edilərək bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının müvafiq qərarı ilə hər il martın 1-i bütün dünyada kütləvi humanitar tədbir kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, Ümummili Lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1993-cü ildə Azərbaycan Respublikası bu nüfuzlu qurumun üzvlüyünə qəbul olunub və sözügedən mötəbər beynəlxalq qurumun fəaliyyətinə öz töhfəsini verməkdədir. Qeyd olunub ki, Dahi Liderin mütərəqqi siyasətini uğurla davam etdirən ölkə prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin mühafizəsinin etirbarlı təşkili, fövqəladə hallarla bağlı vətəndaşların hazırlığının yüksək səviyyədə təmin edilməsi məsələləri mülki müdafiə qurumları qarşısında əsas vəzifə kimi qoyulub. Toplantıda həmçinin fövqəladə hallar zamanı davranış, ilk tibbi yardımın göstərilməsi, mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları izah edilib, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqqında ətraflı məlumatlar verilib, eyni zamanda qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyalarından danışılıb.

Keçidlər