Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi ziyarət olunub

12 dekabr 2023 | 11:51
  12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürən Heydər Əliyev zəngin siyasi təcrübəsi, uzaqgörənliyi, dəyanəti və rəşadəti sayəsində özünün şah əsəri olan Azərbaycanı yaratdı. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycanı dərin siyasi, iqtisadi, sosial və psixoloji böhrandan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün zəmin yaratdı. Bu tarixi vəzifənin ölkəmiz və xalqımız üçün çox böyük əhəmiyyəti var idi. Bu gün Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində daha da zirvələrə ucalmaqdadır. Bu zirvələrin fatehi isə yeni Azərbaycanın yeni lideri İlham Əliyevdir.
   Hər il olduğu kimi bu il də Ümummilli Lider Heydər Əliyevin İmişli şəhərində adını daşıdığı parkda abidəsi böyük izdihamla ziyarət olunub. İmişli    Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev başda olmaqla, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar kollektiv şəkildə, rayon ictimaiyyəti və sakinlər səhər saatlarından başlayaraq axın-axın Heydər Əliyev adına parka gəlib, Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. Ulu Öndərin abidəsi qarşısında yüzlərlə rayon sakini dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər, xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli Liderin xatirəsini anıblar.
 
 
 
Keçidlər