Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Zəka və Zəfər” adlı intellektual bilik yarışması keçirilib

07 may 2025 | 18:14
    Mayın 7-də İmişli Rayon İcra Hakimiyyətinin, İmişli bələdiyyəsinin, rayon Təhsil Sektorunun, İmişli Uşaq Gənclər İdman-Şahmat Məktəbinin və “Yarat Təhsil və Karyera Mərkəzi”nin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş İmişli rayonunun ümumtəhsil məktəbləri arasında “Zəka və Zəfər” adlı intellektual bilik yarışması keçirilib. Yarış başlamamışdan öncə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, dahi liderin gənclərə göstərdiyi diqqət və qayğısından danışılıb. Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın qəbulunun 30-cu ildönümü və dövlət suverenliyimizin bərpasının 5-ci ildönümü münasibətilə əlamətdar məqamlar diqqətə çatdırılaraq müstəqil dövlətçiliyimizin əsas sütunlarının möhkəm təməl üzərində qurulduğu qeyd olunub.
   Yarış “Nə? Harada? Nə zaman?” formatında təşkil olunub. Yarışda hər komanda 6 nəfərdən ibarət olmaqla 15 komanda və iştirakçılar biliklərini, məntiqi düşünmə qabiliyyətlərini və çevik qərarvermə bacarıqlarını nümayiş etdirib. Yarışın yekununda qalib gələn komandalara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Keçidlər