Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Ucalıq” qısametrajlı sənədli-bədii filmin təqdimatı keçirilib

04 iyul 2022 | 11:43

“Mədəni İnkişaf Mərkəzi” İctimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbdə “Ucalıq” qısametrajlı sənədli-bədii filmin təqdimatı keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, Qarabağ qaziləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir başlamamışdan öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri açılış nitqi ilə başlayan layihənin ssenari müəllifi Sənan Əlibəyov layihə haqqında məlumat verərək qeyd edib ki, bu film Ali baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun 44 günlük keçdiyi rəşadətdən və böyük qələbəmizdən  bəhs edir. Vətənpərlik mövzusunu əhatə edən filmin əsas qayəsi, gənclərimizin vətənpərvərliyə, döyüş əzimkarlığının artırılmasına, dövlətçiliyə və Ali Baş Komandanın ətrafında sıx birləşməsinə çağırış etməsi ilə bağlıdır. Sonra filmin təqdimatı həyata keçirilib. Filmin təqdimatından sonra çıxış edənlər film haqqında öz təəssüratlarını və fikirlərini bildiriblər.

Keçidlər