Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə tibb işçilərinin peşə bayramı qeyd olunub

17 iyun 2025 | 12:48
     Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə İmişli rayonunda silsilə tədbirlər təşkil olunub.
      Əvvəlcə İmişli şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz və unudulmaz xatirəsi böyük ehtiramla yad edilib. Ardınca Heydər Əliyev Mərkəzində rayonun səhiyyə müəssisələrində çalışan bir qrup tibb işçisi ilə görüş keçirilib. Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların sağlam cəmiyyətin formalaşmasındakı rolunu və fədakar əməyini yüksək qiymətləndirib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və kadr potensialının artırılması istiqamətində mühüm addımlar atılır. İmişlidə də səhiyyə sahəsində aparılan işlər nəticəsində əhalinin tibbi xidmətə çıxış imkanları xeyli genişlənib. Çıxışlardan sonra səmərəli fəaliyyəti, peşəkarlığı və yüksək işgüzarlığı ilə fərqlənən bir qrup tibb işçisi İmişli Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri Fərman”la təltif olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
     Tədbir yekunlaşdıqdan sonra tibb işçiləri ilə birlik və həmrəyliyin rəmzi olaraq xatirə şəkli çəkdirilib.
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər