İmişlidə “Təmiz hava qəbul edək” adlı maarifləndirici aksiya keçirilib
18 sentyabr 2024 | 15:52
Ötən həftə İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İmişli Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz hava qəbul edək” adlı aksiya keçirilib. İmişli şəhəri ərazisində baş tutan aksiya zamanı sürücülərə maarifləndirici məlumatlar verilib. Tövsiyə edilib ki, həm sağlamlıq, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamalıdırlar. Bundan əlavə sürücülərə hibrid və elektromobillərin digər yanacaq növlü nəqliyyat vasitələrindən üstünlükləri izah edilib.