Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Təmiz dünya təmiz həyatdır!” adlı ekoloji aksiya çərçivəsində iməclik keçirilib

06 aprel 2024 | 14:07
     Bu gün İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz dünya təmiz həyatdır!” adlı ekoloji aksiya çərçivəsində rayon ərazisində iməclik keçirilib. İməclik zamanı ərazilər insan sağlamlığı və ətraf mühit üçün zərərli olan müxtəlif məişət tullantılarından və polietilen torbalardan təmizlənib, toplanan məişət tullantıları ərazidən daşınıb, zibilliklər ləğv edilib, eyni zamanda digər abadlıq işləri görülüb.
     Qeyd edək ki, mövsüm ərzində İmişli rayonunda ərazilərin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir. Bütün görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Bu səbəbdən də rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.
Keçidlər