Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiya keçirilib

02 avqust 2023 | 09:55

  Təhsil Tələbə Krediti Fondu (TTKF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə İmişli rayonunda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiya keçirilib. İmişli rayonunun Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə tələbələr, valideynlər və məktəb müəllimləri iştirak ediblər. Tədbir iştirakçılarına təhsil tələbə kreditinin məqsədi və növləri, tələbə kreditinə kimlərin, hansı şərtlərlə müraciət edə biləcəyi, həssas kateqoriyadan olan ailələrin övladları üçün tətbiq edilən güzəştlər haqqında ətraflı məlumat verilib. Həmçinin sakinləri maraqlandıran suallar geniş şərh olunub.

Keçidlər