Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə suvarma kanallarına beton üzlük çəkilməsinə başlanılıb

28 fevral 2023 | 18:20
   Ölkəmizdə əkin sahələrinin suvarılmasında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə görülən işlərdən biri suvarma kanallarına beton örtük çəkilməsidir. Belə ki, İmişli rayonunda uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş suvarma kanalları yenidən qurulur. Görülən işlər çərçivəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi ilə rayonun “Qızılarx” və “Boztəpə” adlanan suvarma kanallarına beton üzlük çəkilməsinə başlanılıb. Ümumilikdə 25 kənd olmaqla 20 min hektara yaxın əkin sahələrinin suvarılmasına xidmət edən kanallarda beton üzlüyün çəkilməsi ilə su itkisinin qarşısı alınacaq və əkin sahələri asanlıqla suvarılacaq. Hazırda suvarma kanallarının hər iki sahili hamarlanaraq bərkitmə işləri aparılır və beton üzlüklər çəkilir.
   Qeyd edək ki, layihə üzrə 71,9 km məsafəyə beton üzlük çəkiləcək və 330 ədəd dəmir-beton qurğuları inşa ediləcək.
Keçidlər