Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

05 iyun 2025 | 10:28
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncama əsasən, hər il iyunun 5-i ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi qeyd olunur. Bu münasibətlə İmişli rayonunda bir sıra tədbirlər təşkil edilib.
     Əvvəlcə İmişli şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsi böyük ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev Mərkəzində meliorasiya və su təsərrüfatı sahəsində çalışan bir qrup əməkdaşla görüş keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək iştirakçıları peşə bayramı münasibətilə təbrik edib, onlara çətin, məsuliyyətli və vacib fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı çıxışında qeyd edib ki, meliorasiya və su təsərrüfatı sahəsinin əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsləri və rəhbərliyi ilə qoyulub. Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə görülən işlər, xüsusilə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması və kənd təsərrüfatının suvarma ehtiyaclarının ödənilməsi üçün həyata keçirilən layihələr ölkənin davamlı inkişafına mühüm töhfə verir. Tədbirdə çıxış edən digər natiqlər də ölkədə su təsərrüfatının inkişafı sahəsində aparılan islahatlar və əldə olunan uğurlar barədə fikirlərini bölüşüblər.
     Sonda səmərəli fəaliyyəti və yüksək işgüzarlığı ilə seçilən bir qrup əməkdaş İmişli Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri Fərman”la təltif olunub. Tədbir kollektivin ümumi məmnunluğu və dövlətin göstərdiyi diqqətə görə minnətdarlıq ifadələri ilə başa çatıb.
 
 
 
 
 
 
 
 
 
Keçidlər