Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində tədbir keçirilib

01 iyul 2022 | 18:05

        Ötən gün İmişli rayonunun Cəfərli kənd gəncləri üçün Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənc Könüllülər İctimai birliyi tərəfindən “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində onların maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib, gənclərə praktiki şəkildə "CV" yazılma qaydası göstərilib.Bununla yanaşı, əyləncə proqramları təşkil edilərək gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilib. Viktorinada iştirak edən Cəfərli kənd gəncləri öz intellektlərini sınayıb, hədiyyələr qazanıblar.

Keçidlər