İmişlidə Sərbəst güləş üzrə rayon birinciliyi keçirilmişdir.
02 noyabr 2022 | 21:46
Bu gün İmişliRayon İcra Hakimiyyətinin və İmişli Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “8 noyabr - Zəfər Günü” ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə İmişli rayon birinciliyi keçirilmişdir. Tədbirdə ilk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad olunub, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qeyd olunub ki yarışın məqsədi, Şəhidlərimizin daim anılması, sərbəst güləş idman növünün təbliğ edilməsi və kütləviliyinə nail olmaq, dostluq yoldaşlıq əlaqələrinin gücləndirilməsi, komandanın komplekləşdirilməsi olub. İmişli Olimpiya İdman Kompleksinin güləş zalında baş tutmuş birincilikdə 60-dan çox idmançı iştirak etmişdir.
Açıq birincilik gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalmışdır. Yekunda şəxsi yarışlarda ayrı-ayrı çəki dərəcələrində fərqlənən idmançılara diplomlar təqdim olunub.