Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidlərin xatirəsinə inşa olunmuş daha bir bulaq kompleksi istifadəyə verilib

22 iyun 2022 | 10:31

İmişli rayonunda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım atılıb. Belə ki, bu gün rayonun Xubyarlı kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub. Açılış tədbirində İmişli RİH başçısı Elçin Rzayev, İcra Hakimiyyəti aparatının məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidin ailə üzvləri və kənd ictimaiyyəti iştirak edib.

Öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra bulaq kompleksinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Elçin Rzayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra təkcə ölkəmizin ərazi bütövlüyü bərpa olunmayıb, eyni zamanda Birinci Qarabağ müharibəsində canından keçən qəhrəman övladlarımızın qisası alınıb. İcra başçısı Zəfərin qazanılmasının Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, qətiyyəti və uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğulayıb. Şəhid ailələri prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətini hər zaman hiss etdiklərini və buna görə onlara dərin minnətdarlıqlarını bildiriblər. Tədbir məktəblilərin ifalarında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilməklə davam etdirilib.

 

Keçidlər