Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Şəhidlərin xatirəsinə inşa edilən bulaq-abidə kompleksinin açılışı olub

20 may 2022 | 09:23

Bu gün İmişli rayonunun Qızılkənd  kəndində şəhidlərin xatirəsinə həsr olunmuş bulaq-abidə kompleksinin açılışı olub. Kompleksin açılışında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra bulağın açılışını bildirən rəmzi qırmızı lent kəsilib, konpleksin önünə gül-çiçək dəstələri düzülüb.Tədbiri giriş sözü ilə açan icra başçısı 44 günlük Zəfər yürüşündə qəhrəmanlıqla döyüşən qüdrətli Azərbaycan Ordusunun şücaətindən danışıb. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad edildi və canını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanın şanlı tarixi yazıldı. Tədbirdə digər çıxış edənlər torpaqlarımızın azad olunmasında zabit və əsgərlərimizin göstərdikləri əvəzsiz xidmətləri ilə qürur duyduqlarını söyləyiblər. Tədbir İmişli rayon Qızılkənd kənd tam orta məktəbinin şagirdlərinin ifalarında şəhidlərimizə həsr olunan şeirlərin səsləndirilməsi ilə davam etdirilib.

 

Keçidlər