Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Siyavuş İsmayılovun yas mərasimi qeyd olunub

21 iyun 2024 | 17:34
     İyunun 21-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayılov Siyavuş Eldar oğlunun yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı şəhid ailələri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasim zamanı rayon rəhbəri yas sahiblərinə İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhidimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
      Allah rəhmət eləsin!
Keçidlər