Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid, qazi övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli bayram proqramı həyata keçirilib

30 dekabr 2025 | 13:35
   Dekabrın 30-da İmişli rayonunda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və qarşıdan gələn Yeni il münasibətilə bayram şənliyi keçirilib. Şənlikdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid və qazi övladları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
   Tədbirin açılışında çıxış edən icra başçısı iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə səmimi-qəlbdən təbrik edib, qarşıdan gələn ilin daha xeyirli və uğurlu olmasını arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan bu gün milli birliyin və həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Qeyd edib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin hüquqi dövlət quruculuğu və suverenliyinin möhkəmləndirilməsi istiqamətində atılan ardıcıl addımların göstəricisidir. Ölkə üzrə həyata keçirilən sosial-iqtisadi islahatlar və regionların inkişafına yönəlmiş layihələr, o cümlədən İmişli rayonunda aparılan abadlıq-quruculuq işləri əhalinin rifahının yüksəldilməsinə xidmət edir. O, həmçinin bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə qarşıdan gələn ilin xalqımız və dövlətimiz üçün daha da uğurlu olacağına əminik. Musiqili-əyləncəli şənlikdə uşaqlar şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar səsləndirib, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər. Şəhid ailələri və qazilər, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri öz növbələrində onlara göstərilən yüksək diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər