İmişlidə şəhid Nazim Hüseynovun ailəsi ziyarət edilib
12 iyun 2026 | 21:47
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Prokuroru Valeh Səmədov və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Bəhrəmtəpə qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Hüseynov Nazim Yaqub oğlunun atası Hüseynov Yaqub Xanış oğlunu səhhəti ilə əlaqədar yaşadığı ünvanda ziyarət ediblər.
Görüş zamanı şəhid ailəsinin sosial qayğıları və mövcud ehtiyacları ilə maraqlanılıb, ailə üzvləri ilə səmimi söhbət aparılıb.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.






