Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid mayor Nazim Hüseynovun və Eldəniz Hüseynovun 6-cı ildönümü mərasimləri qeyd olunub

09 oktyabr 2026 | 18:05
   Bu gün Vətən müharibəsində öz igidlikləri ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan mayor Hüseynov Nazim Yaqub oğlunun və İmişli şəhərindən olan Hüseynov Eldəniz Tahir oğlunun şəhidlik zirvəsinə yüksəlmələrindən 6 il ötür.
   İgid Vətən oğullarının vəfatının 6-cı ildönümü mərasimlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov, RİH-nin məsul işçiləri, şəhid ailələri, şəhidimizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Öncə şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunulub. Səmimi söhbət zamanı icra başçısı illər ötsə belə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədə payı olan şəhidlərimizin heç vaxt unudulmayacağı, gələcək nəsillərə örnək olacağı, böyüməkdə olan gəncliyin şəhidlərimizin döyüş yolundan, qəhrəmanlığından nümunə götürəcəyini qeyd edib.
  Mərasim zamanı məktəblilər şəhidimiz Nazim Hüseynovun əziz xatirəsinə ehtiramlarını bildirərək Vətənə məhəbbət, torpağa bağlılıq və qəhrəmanlıq ruhunu əks etdirən şeirlər səsləndiriblər.
    İcra başçısı bir daha şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək onlara səbir və dözüm arzulayıb.
    Allah rəhmət eləsin!
 
 
 
Keçidlər